Boksçu nokautla uduzduğu döyüşdən sonra öldü
Braziliyalı həvəskar boksçu Joao Viktor Pena nokautla uduzduğu döyüşdən üç gün sonra dünyasını dəyişib.

Idmançı Jijoka-di-Jerikuakuara şəhərindəki görüşün 90-cı saniyəsində məğlubiyyətlə barışıb.

Ona dərhal tibbi yardım göstərilib. Bundan sonra döyüşçü təkbaşına evə gedib.
Ertəsi gün vəziyyəti pisləşən Pena xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, boksçu 23 yaşında vəfat edib.

Milli.Az

Print Email
FaceBook Twitter Google