Zəncəfil ümumiyyətlə virus xəstəliklərindən qoruyan ədviyyat kimi
istifadə olunur. Lakin bu ədviyyat hər kəsə və hər zaman faydalı
olmur.
1. Zəncəfil selikli qişalara qıcıqlandırıcı təsir edir. Bu səbəbdən
mədə-bağırsaq sistemində iltihab, yara, xora zamanı zəncəfil ziyan
vura bilər.
2. Kəskin və xroniki hepatit, qaraciyər sirrozu zamanı da
zəncəfildən istifadə etmək tövsiyə edilmir. Sağlam qaraciyər üçün
zəncəfil
faydalıdır. Lakin xəstə qaraciyərə stimullaşdırıcı təsir
edən zəncəfil xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.
3. Öd daşı xəstəliyi zamanı spazmolitik təsiri olan zəncəfildən
istifadə daşları tərpədə bilər ki, nəticədə daş öd kisəsinin
kanalına düşə bilər. Bu da istənilməyən nəticələlər verər.
4. Ağır babasil zamanı zəncəfilin istehlakı qanaxmanın artmasına
səbəb olar.
Buna görə də zəncəfildən istifadə edərkən diqqətli olun.
Saglamolun.Az