Çox hallarda göyərti kimi yeməklərin yanında və ya salatların,
yeməklərin tərkibinə vurulan bu bitki ədviyyat olmaqla yanaşı həmdə
bir çox dərdin də dərmanıdır.
1. Reyhan qışda və eləcə də yayda orqanizm üçün çox vacib olan
ümumi tonusu artırır.
2. Həzmi sürətləndirir. Qidanın tez həzm olunmasına şərait
yaradır.
3. Vanna şəklində reyhan bitkisi sakitləşdirici təsirə
malikdir.
4. Dəmləməsini öskürək zamanı içmək faydalıdır. Baş ağrısı və sidik
yollarının iltihabı zamanı da istifadə edilir.
5. Reyhanın efir yağı bakterisid (bakteriya əleyhinə) təsirə
malikdir.
6. Sinir xəstəlikləri zamanı reyhan çayı yaxşı təsir göstərir. 1
x/q xırdalanmış reyhanı 1 st qaynar suya tökün və 5-10 dəqiqə
qaynadın. 3 dəqiqə saxlayın. Gündə 4 dəfə yeməkdən əvvəl 4/1 st
qəbul edin.
7. Bu çay həm də qusmanın və ürəkbulanmanın qarşısını alır.
8. Hind farmaseftləri sübut ediblər ki, reyhan xərçəngin əsas
yaranma səbəblərindən olan sərbəst radikalları orqanizmdən
çıxararaq onu qoruyur.
9. Bir neçə quru reyhan budağını paltar şkafına yerləşdirsəniz o
zaman pis qoxunun və geyimlərə güvə düşməsinin qarşısını
alacaq.
Saglamolun.Az