Hindistandan olan kişi 27 ildir ki, arvadını məhkəmə yolu ilə
boşamağa çalışır.
1996-cı ildə Nirmal Panesar boşanma üçün rayon məhkəməsinə müraciət
edib. Arvadı ailəni dağıtmaq istəmədiyini bəyan edib və ona görə də
hakim qadının tərəfini tutub.
O vaxtdan bəri 89 yaşlı təqaüdçü Hindistanın
Ali Məhkəməsi
vasitəsilə boşanmağa çalışsa da, oradan da hər dəfə rədd cavabı
verilir.
Son iclasda məhkəmə cütlüyün nikahının “ümidsiz” olduğuna qərar
versə də, bildirib ki, “bu, boşanma üçün kifayət etmir”.
Mənbə: oxu.az