Qırmızı və ağ ətin bişirilməsi zamanı edilən müəyyən səhvlər
yeməyin həm dadına, həm də sağlam quruluşuna xələl gətirir. Zülal
qaynağı olan heyvani qidalar olan qırmızı və ağ əti bişirərkən
dadına diqqət etdiyimiz qədər sağlam bişirmə üsullarını da
bilməliyik.
Ətin bişirilməsi ilə bağlı bu səhv əslində ətin daha sağlam olması
üçün edilsə də, əldə etdiyimiz tək
şey sağlamlığımıza zərər verən
yemək hazırlamaqdır
Ət bişirərkən edilən bu səhv ətin yuyulmasıdır.
Belə ki, ət bişirərkən çoxları ya əti yuyur, ya da əvvəlcədən soyuq
suda saxlayır. Ətin bakteriyadan azad edilməsi və ya ətin çirkli
yerlərə toxunan hissələrinin təmizlənməsi üçün istifadə edilən bu
üsulun zərərli olmasının səbəbi suya toxunan ətdə bakteriya əmələ
gəlməsinin sürətlənməsidir. Ət su ilə təmasda olduqda daha sürətli
bakteriya çoxalması müşahidə olunur.
Bu səbəbdən ətin bişirilərkən su ilə təmas etməməsinə diqqət etmək
lazımdır. Pişirmə zamanı su ilə təmasda olan ət heç bir zərər
vermir. Bu mərhələdə isti suda və ətdə bakteriya əmələ gəlməsi
müşahidə edilmir.
Saglamolun.Az