UEFA azarkeşlərin tribunada Fələstin bayrağını nümayiş etdirdiyi
üçün Şotlandiyanın "Seltik" klubuna qarşı intizam işi açıb.
“Seltik” matçlar zamanı stadionlarda dəfələrlə Fələstin
bayraqlarını nümayiş etdirdikdən sonra özlərini “Yaşıl Briqada”
adlandıran böyük bir azarkeş qrupunun oyunlara gəlməsini qadağan
edib.
2012-ci ildən Fələstinə dəstək üçün etiraz aksiyaları təşkil edən
fanat assosiasiyalarından birinin üzvlərinin mövsümlük biletləri
ləğv edilib. Klub rəhbərliyi ilə azarkeşlər arasında ən böyük
münaqişə oktyabrın 25-də Çempionlar Liqasının qrup mərhələsinin
İspaniya “Atletiko”su
ilə ev oyununda (2:2) qeydə alınıb.
Qeyd olunub ki, idman tədbirinin ruhuna uyğun gəlməyən, xüsusən də
siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribat
xarakterli jestlər, sözlər, əşyalarla bağlı hər hansı digər
vasitələrdən istifadəyə görə UEFA-da “Seltik” klubuna qarşı iş
açılıb. Qurumun nəzarət, etika və intizam komitəsi bununla bağlı
müvafiq qərar verəcək.