Quşüzümü dadlı və faydalı giləmeyvədir. Çox faydalı və müalicəvi
xassələrə malikdir.
- Tərkibində C vitamininin yüksək miqdarı qeyd olunur. Eyni zamanda
B qrupu vitaminləri, karotin və çoxlu faydalı minerallar, efir
yağı, РР var. Dəmir, kalium, maqnezium, sink, bor, yod, mis, gümüş,
manqan da tərkibində yetərincədir.
- Daxilindəki bioloji aktiv maddələrə görə qara qarağatdan başqa
heç bir giləmeyvə quş üzümü ilə müqayisə oluna bilməz. O, maddələr
mübadiləsini normallaşdırır və müxtəlif xəstəliklərə qarşı
orqanizmin müqavimətini gücləndirir.
- Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində
istifadə olunur. Hələ qədim zamanlardan quşüzümü şərbəti
qızdırmasalıcı kimi tanınırdı.
- Tərlədici və sidikqovucu vasitə kimi də istifadə olunur. Bu
tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirini
bir neçə dəfə gücləndirməyə qadirdir.
- Quşüzümü şirəsi zəhəri orqanizmdən çıxarmağa imkan verir.
- Damaq iltihabı, ağız boşluğu və digər xəstəliklərin
dərmanıdır.
- Quşüzümünün istifadəsi zamanı böyrək və bağırsaq sisteminin
fəaliyyəti yaxşılaşır.Quşüzümünün tərkibində sidik kisəsi
infeksiyalarının qarşısını almağa kömək edən maddələr vardır.
-Tədqiqatlar sübut edir ki, təzə quşüzümü və quşüzümü şirəsi
xolesterinin miqdarını normallaşdırır. Həmçinin, qan damarlarda
qanın laxtalanmasının qarşısını alır. Quşüzümünündən müntəzəm
istifadə damarların elastikliyini artır.
- Quşüzümü immuniteti artırır, iştahı yaxşılaşdırır. Bu isə çox
faydalıdır.
- Quşüzümünün şərbətini içmək insana gümrahlıq verir, yorğunluğu
azaldır, bu zaman fəallıq və işgüzarlıq artır.
- Vərəm, genekoloji xəstəliklər zamanı quşüzümünün şərbəti tövsiyə
edilir.
- Anemiyanın müalicəsində quşüzümü şirəsi də faydalıdır.
- Şəkər xəstəliyində də istifadə etmək məsləhətlidir.
- O, mədəaltı vəzin funksiyasını stimullaşdırır.
- Quşüzümününün müalicəvi təsiri oynaq xəstəlikləri zamanı məlum
olmuşdur.Quşüzümü antioksidantlarla zəngindir, ona görə də keçmişdə
onun gənclik giləmeyvəsi adlandırırdılar.
- Quşüzümünün şərbəti soyuqdəymənin müalicəsində əvəzsiz
vasitədir.
Saglamolun.Az