Qaraciyərin orqanizmin sağlamlığında böyük rolu olduğu
hamıya məlumdur.
Qaraciyərin sağlam olması isə bizim qəbul elədiyimiz qidalardan,
yaşadığımız mühitdən, ekologiyadan asılıdır. İllərlə sadaladığımız
səbəblər üzündən qaraciyər toksinlərin hücumuna məruz qalır,
yediyimiz yağlı, ədviyyatlı qidalar onun parenximasına mənfi təsir
göstərir.
Süni qidaların orqanizmə verdiyi zəhərlənmələrdən ən çox əziyyət
çəkən orqan qaraciyər olduğu üçün, qaraciyərin vaxtaşırı
təmizlənməyə ehtiyacı olur. Qaraciyərin
təmizlənməsini ev
şəraitində, təbii vasitələrlə həyata keçirmək mümkündür.
Qaraciyəri təmizəməyə başlamamışdan əvvəl mütləq həkimə müraciət
edib, öd kisəsi və qaraciyəri USM-də yoxlatdırmaq lazımdır. Çünki
öd kisəsində iri daşların olması vəziyyətinizi ağırlaşdıra
bilər.
Xalq təbabətində qaraciyərin təmizlənməsi üçün müxtəlif tübaj
üsulları vardır. Onlardan bir-neçəsini sizlərə təqdim edirik:
1. Qaraciyəri cəfəri və limonla
təmizlənməsi
Bu zaman 1 dəstə təzə cəfəri blenderdə üyüdülür, üzərinə 1 limonun
şirəsi sıxılır. Şüşə qaba tökülüb, üzərinə 1 stəkan su əlavə edilir
və səhər acqarına içilir. Bu proseduru 15 gün etmək illərlə
qaraciyərdə yıılıb qalmış toksinlər xaric olunur.
2. Qaraciyərin balla təmizlənməsi
Hər səhər acqarına 1 stəkan qaynar suyun içərisinə 1 xörək qaşığı
bal əlavə edilir və yarım limon sıxılır. Prosedur 10-15 gün
təkrarlanır.
3. Qaraciyərin zeytun yağı ilə
təmizlənməsi
Hər səhər acqarına 1 xörək qaşığı zeytun yağının içərisinə limon
şirəsi sıxılıb içilir.
4. Qaraciyərin bəkməzlə təmizlənməsi
Hər səhər 1 xörək qaşığı bəkməz isti suya qarışdırılıb içilir.
5. Qaraciyərin kişmişlə təmizlənməsi
Axşamdan 1 ovuc kişmişi 1 stəkan isti suda isladın. Səhər acqarına
dəmləməni için. Müalicə kursu - 15 gün.
Qaraciyərin təmizlənməsi zamanı aşağıdakı qaydalara əməl
olunmalıdır:
- Müalicə vasitəsini qəbul edən zaman məhsul isti olmalıdır.
- Məhsulu qəbul etdikdən sonra sağ tərəf üstə uzanmalı və qaraciyər
nahiyəsinə isti qrelka qoyulmalıdır.
- Proseduru edib evdən çıxmaq olmaz, çünki tualetə ehtiyac ola
bilər.
- Tubaj olunan günlər yüngül qida qəbul eləmək lazımdır.
Mənbə: Saglamolun.Az