Yüksək hərarətin, boğaz ağrılarının, bronxitin - Əncir ilə müalicəsi
Ləzzətli dada malik əncirin müalicəvi təsirləri də olduğunu bilirdinizmi?

"Marneuli" radiosu əncirin sağlamlığa faydalarını və xəstəliklər zamanı necə istifadə olunma qaydasını təqdim edir:

Beyin fəaliyyətini yaxşılaşdırır: Əncir işində intellektual stress və yaradıcılıqla məşğul olan insanlar - rəssamlar, bəstəkarlar, yazıçılar və şairlər və sahibkarlar tərəfindən istifadə üçün tövsiyə olununur. Yaradıcı düşüncə onlar üçün çox vacibdir.

Yüksək hərarətdə,
boğaz ağrılarında, ağız boşluğunun infeksiyalarında, bronxitdə əncirin istifadə qaydası:

2 stəkan qaynar suya bir qaşıq doğranmış əncir tökün və 10 dəqiqə aşağı istilikdə qaynadın. Daha sonra soyudub süzün. Bu qarışımı gündə 4 dəfə qəbul edin. Əmin olun ki, çox faydalıdır.

Yorğunluq, zəiflik, əsəb yorğunluğu:

Bir stəkan ilıq südün içinə 4-5 ədəd əncir tökün, dəmləyin, üyüdün və gündə 2-4 dəfə yeyin.

Urolitiaz, sistit, pielonefrit, sidik ifrazı zamanı ağrı:

3-5 ədəd əncirin üzərinə 200 ml qaynar su tökün və 5 dəqiqə zəyif odda qaynadın, sonra giləmeyvələri yaxşıca əzin. Gün ərzində yeməkdən sonra qəbul edin.

Mənbə: Saglamolun.Az
Print Email
FaceBook Twitter Google