Alimlər gündə on min addım atmağın faydalarını təkzib ediblər. Belə
ki, gündə cəmi 2 600 addım ürək xəstəliyi riskinizi əhəmiyyətli
dərəcədə azalda bilər.
Tədqiqat European Journal of Preventive Cardiology (EJPC)
jurnalında dərc olunub.
Alimlər atılan addımların sayı ilə ürək-damar riski arasındakı
əlaqəni qiymətləndirən əvvəlki 12 tədqiqatın nəticələrini təhlil
ediblər.
Tədqiqatda ümumilikdə 111 mindən çox insan
iştirak edib. Təhlillər
müəyyən edib ki, gündə cəmi 2 517 addım yerimək bütün səbəblərdən
ölüm riskini 8%, 2 735 addım isə bütün səbəblərdən ölüm riskini 11%
azaldır.
Nəticələr gündə 10.000 addım atmaq çətinliyindən qorxan insanlar
üçün ümidverici ola bilər. Ən böyük fayda gündə 8 763 addım
atmaqdır. Belə ki, bu sayda addımlamaq ürək-damar xəstəliklərindən
ölüm riskini 60% azaldır. Qeyd olunub ki, addımların sayının daha
da artması əlavə fayda vermir.
Saglamolun.Az