Ən faydalı tərəvəzlərdən biri olan gül kələmi C, PP,A, B qrupu
vitaminlər, kalium, kalsium, fosfor, maqnezium, dəmir və bir çox
digər minerallar, həzm olunmayan qidalı liflərlə zəngindir.
1. Gül kələmi bağırsaqların fəaliyyətinə müsbət təsir edir,
bağırsaqların mikroflorasını yaxşılaşdırır, həzm sistemində xora və
şişlərin əmələ gəməsinin riskini azaldır.
2. Azkalorili gül kələmi arıqlamaq istəyənlər üçün ən qiymətli
məhsullardan biridir.
3. Ürək-damar sistemi üçün faydalıdır, qanda "pis" xolesterolun
səviyyəsini aşağı salır.
4. Fol turşusu ilə zəngin olan gül kələmi qanazlığı olanlar və
həmçinin hamilə qadınlar üçün olduqca faydalıdır. Araşdırmalar
göstərib ki, hamiləlik zamanı fol turşusunun qəbulu uşaqda bir çox
qüsurların, xüsusilə də sinir sistemi qüsurlarının qarşısını
alır.
5. Gül kələminin tərkibində nadir "diindolilmetan" adlı maddə var.
Araşdırmalar göstərib ki, bu maddə kişilərdə prostat vəzidə əmələ
gələn xərçəng hüceyrələrini öldürmək xüsusiyyətə malikdir. Bu
səbəbdən gül kələmi bu növ xərçəngin profilaktik vasitəsi kimi
qiymətləndirilə bilər.
6. C vitamini ilə zəngin olan gül kələmi damaların vəziyyətini
yaxşılaşdırır - damarları möhkəmləndirir, onları daha elastik
edir.
7. Gül kələmi öd kisəsi və qaraciyə üçün ən faydalı məhsullardan
biri sayılır.
8. Selenlə zəngin olan gül kələmi saç, dəri və dırnaqların
vəziyyətini yaxşılaşdırır.
9. Antibiotiklər və ya digər dərmanların uzunmüddətli qəbulu zamanı
qidalanmanıza gül kələmini daxil edin. Tərkibində olna B5 vitamini
dərmanların orqanimə olan mənfi təsirini azaldır.
Saglamolun.Az