Amerikalı alimlər yüksək şəkərli qidaların bağırsaq mikrobiomunun
pozulmasına səbəb olduğunu müəyyən ediblər.
Nəticələr "Science Translational Medicine" jurnalında dərc
edilib.
Yaralı kolit kimi iltihablı bağırsaq xəstəliyindən dünyada 3,5
milyon insan əziyyət çəkir. İltihablı bağırsaq xəstəliyi özünü
şiddətli ishal, qarın ağrısı ilə göstərir və xüsusilə Qərb
ölkələrində geniş yayılıb. Tədqiqatlar göstərir ki, bu xəstəliyin
uşaqlar arasında yayılması 1980-ci illərdən bəri durmadan artır.
Bir çox alimlər bu xəstəliyin geniş yayılmasının əsas səbəbini
yüksək şəkərli və kalorili qidaları özündə ehtiva edən Qərb
pəhrizində görür.
Dallasdakı Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzindən
Şahanşah Xanın rəhbərlik etdiyi amerikalı bioloqlar siçanlar
üzərində laboratoriya təcrübələri aparıb. Məlum olub ki, yüksək
şəkərli qidalarla bəslənən gəmiricilər bağırsaq iltihabına daha çox
həssasdılar.
Yüksək şəkərli qida qəbul etdikdən üç gün sonra siçanların
bağırsaqlarında iltihabi proseslər başlayıb. Müəlliflər şəkərlərin
bağırsaq mikrobiomunun tərkibini dəyişdirdiyini
aşkarlayıblar.
Milli.Az