Həkimlər qəbul edilən qidaların orqanizm üçün faydalı olmasını
təmin etmək üçün bəzi tövsiyələrlə çıxış edirlər.
Yemək zamanı qəbul edilən çay və qəhvə kimi kafeinli içkilər
qidaların faydalılıq dərəcəsini aşağı salır. Bunu ABŞ-da aparılan
araşdırmanın nəticələri tam sübuta yetirib. Belə ki, yemək zamanı
kafeinli içkilər qəbul edildikdə orqanizmdə dəmirin sorulması
prosesi zəifləyir. Başqa sözlə, yemək arası içilən qəhvə yeməyin
faydalılıq əmsalını 39%, çay isə 64% azaldır.
Çay və qəhvəni yeməklərdən bir saat əvvəl, ya da bir saat sonra
içmək tövsiyə olunur.
Saglamolun.Az