Balqabaq tumunun tərkibi E vitamini, fosfor, sink, dəmir,
kalsium, maqnezium və natrium kimi minerallarla zəngindir.
Gecə yatmazdan əvvəl istehlak edildikdə hüceyrələrin bərpası
funksiyalarını artırır.
"Marneuli" radiosu bildirir ki, maqnezium bədəndəki 300-dən çox
fermentin reaksiyasında mühüm rol oynayır. Bu vəzifələrə qidanın
həzm edilməsi, yağ turşularının və zülalların sintezi daxildir.
Eyni zamanda maqnezium əzələlər və sümüklərin sağlamlığı üçün də
olduqca faydalıdır.
Orqanizmdə maqnezium çatışmazlığı ürək xəstəliklərinə səbəb ola
bilər. İki xörək qaşığı balqabaq tumunda 74 milliqram maqnezium
var, bu da insan orqanizminin gündəlik maqnezium ehtiyacının 25
faizini ödəyir.
Balqabaq tumunun tərkibindəki yağlar maddələr mübadiləsinin düzgün
işləməsini və hormon balansının saxlanmasını təmin edir, eyni
zamanda uzun müddət tox saxlayır.
Aparılan tədqiqatlara görə, balqabaq tumunun istehlakı prostat
xərçəngi, qadınlarda isə süd vəzi xərçəngi riskini azaldır və
müalicəsində mühüm rol oynayır.
Balqabaq tumunun tərkibi omeqa 3 və omeqa 6 yağları,
antioksidantlar və liflə zəngindir. Bütün bu maddələrin birləşməsi
qaraciyər və ürək sağlamlığına da dopinq təsiri yaradır.
Tərkibindəki lif qanda xolesterinin miqdarını azaldır. Tədqiqatlar
göstərir ki, omeqa-3 yağ turşuları qan laxtalanması və ürək
ritminin pozulması kimi xəstəliklərin qarşısını alır. Bu da
infarkt, insulta qarşı qoruyur.
Mənbə: Saglamolun.Az