Efir yağları ilə zəngin olan dəfnə yarpağı güclü viris,
mikrob və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Mütəxəssislər soyuq fəsillərdə boğaz və udlağın iltihabının
qarşısını almaq, soyuqdəymə və virus xəstəliklərinin riskini
azaltmaq, immun sistemini gücləndirmək üçün dəfnə yarpağını
çeynəməyi tövsiyə edirlər.
Dəfnə yarpağının əvvəl kiçik, sonra daha böyük hissəsini bir neçə
dəqiqə ərzində çeynəyin və sonra tüpürün.
Bu sadə vasitə həmçinin respirator infeksiyaları zamanı iltihabı və
boğaz ağrısını azaltmağa, həzmi yaxşılaşdırmağa, şəkər və
xolesterini salmağa kömək edir, ağız boşluğunu təravətləndirir.
Həkimlər qeyd edirlər ki, hamiləlik və əmizdirmə zamanı və həmçinin
qəbizlik və xora xəstəliyindən əziyyət çəkənlərə dəfnə yarpağını
çeynəmək olmaz.
Mənbə: Saglamolun.Az