Qış aylarında xəstəliklərin yan təsirləri kimi ortaya çıxan
öskürək, bəlğəm kimi şikayətlər bəzən xəstəlikdən sağaldıqdan sonra
da davam edir.
"Marneuli" radiosu xəbər verir ki, türkiyəli mütəxəssislər bunun
təbii yolla müalicəsi haqqında danışıblar.
Onların sözlərinə görə, bu təbii dərman vasitəsi vəzəri ilə
hazırlanır.
Bunun üçün əvvəlcə yarım litr su qaynadılır, sonra içinə 15-16 ədəd
vəzəri ataraq
3 dəqiqə vam odda dəmlənir. Ardınca su süzülür və
acqarına içilir.
Mütəxəssislər bildiriblər ki, qarışıq mütəmadi olaraq beş gün
içilsə, öskürək və bəlğəmdən rahatlıqla xilas olmaq mümkündür.
Onu da qeyd edək ki, vəzəri yeyildikdə baş ağrısını kəsir, bağırsaq
parazitlərini tökür. Təpitməsi başa qoyulduqda saçın tökülməsinin
qarşısını alır. Toxumu, duz və sudan ibarət təpitməsi çiban üzərinə
qoyduqda xəstəliyi sağaldır.
Mənbə: Saglamolun.Az