Qan təzyiqini aşağı salma, sidikqovucu, ödqovucu, qankəsici...- Cincilim xeyirlidir
Cincilimdən hazırlanan preparatlar vitamin, bakteriosid, soyuqdəymə, damar genişləndirmə, qan təzyiqini aşağı salma, sidikqovucu, ödqovucu, qankəsici...

Azərbaycan xalq təbabətində cincilimin su ilə qarışdırılmış şirəsi mədə – bağırsaq xəstəlikləri zamanı ağrıkəsici kimi işlədilir. Amerika əczaçılıq firmalarının cincilimdən hazırladığı dərman preparatları maddələr mübadiləsinin pozulması, xüsusilə şəkər xəstəliyi zamanı, qaraciyər və dəri xəstəliklərində – qaşınma, sızanaq, səpgi, çiban, ekzema, oynaqların iltihabı xəstəliklərdə geniş tətbiq edilir. Qızdırmanı salıcı, orqanizmdə qanın keyfiyyətini yaxşılaşdırıcı və sakitləşdirici kimi təsirlərə malikdir. Cincilimdən ərzaq məhsulu kimi də geniş istifadə olunur. Əsasən qutab və dovğada istifadə olunur.

Ürək ağrılarında: Ovuc böyüklüyündə bir dəstə təzə cincilim 0,5 litr qaynar suda 6 saat dəmlənir, süzülür. Yarım stəkandan gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Müalicə müddəti 2-3 həftədir. Ürək xəstəliyindən əziyyət çəkənlər gündəlik təzə cincilimdən hazırlanmış salatlar qəbul etməlidir.

Qalxanvarı vəzin xəstəliklərində: Bir xörək qaşığı quru bitkinin üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə dəmlənir , soyudulur süzülür. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Müalicə müddəti 6 aydır. Hər il profilaktika məqsədilə kurs təkrar edilə bilər.

Mədənin xora xəstəliyində: Hər gün səhər acqarına 1 çay qaşığı təzə sıxılmış cincilim şirəsi içilir. 2 xörək qaşığı quru cincilim üzərinə 1 stəkan qaynar su tökülür, dəmlənir, axşamdan səhərə kimi saxlanır. Səhər süzülür və gün ərzində hər yeməkdən 15 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir.

Mənbə: Saglamolun.Az
Print Email
FaceBook Twitter Google