Bu şəfalı bitki çox dərdə dərmandır - Bilmədiyiniz faydalar
Razyana əsasən köp əleyhinə, mədə fəaliyyətini
yaxşılaşdıran və bəlğəmgətirici şəfalı bitki kimi istəfadə
olunur.
Acı, yandırıcı dadı və qoxusu səbəbilə iştahı açır, mədəni
rahatladır və həzmi asanlaşdırır. Yuxusuzluğa qarşı da effektli
təsir göstərir.
Bu şəfalı bitkinin çayı ana südünü artırmaq qabiliyyətinə sahibdir.
Miqren ağrılarının azaldılmasında öz müalicəvi təsirini
göstərir.
Beyin yorğunluğunun aradan qaldırılmasında, ürək fəaliyyətinin
gücləndirilməsində, qan dövranının stabilləşdirilməsində, astma,
nəfəs darlığı və bronxit kimi xəstəliklərlə bağlı narahatlıqların
aradan qaldırılmasında razyana olduqca faydalıdır.
- Ağız içi yaralar zamanı 300 qr suda 30 qr razyana qaynadılır və
bir fincan olmaqla gün ərzində kiçik qurtumlarla içilir.
- Ağız qoxusu üçün 10 qr razyana 50 qr suda qaynadılır və qarqara
edilir.
- Ana südünü artırmaq üçün 20 qr küncüt, 10 qr razyana və 500 qr
bal qarışdırılır və alınmış məcundan gündə 3 xörək qaşığı
yeyilir.
- Baş gicəllənməsinə qarşı bir stəkan qaynar suya bir çay qəhvə
qaşığı razyana əlavə edilir. 10 dəqiqə dəmləndikdən sonra süzülüb
içilir.
- Dəri ləkələrinə qarşı razyananın toxumundan hazırlanan maskadan
istifadə olunur. Bunun üçün razyananın toxumları bir qabda ağzı
bağlı şəkildə, hava daxil olmadan qaynadılır. Sonra toxumlar ələk
və ya süzgəc vasitəsilə süzülür. Bunu hər gün istifadə etsəniz,
parlaq və ləkəsiz bir dəriyə sahib ola bilərsiniz.
- Mədə pozğunluğu və bağırsaq qazlarına qarşı da razyana çox
xeyirlidir. 1 stəkan qaynar suya 1 çay qaşığı razyana qatılaraq
qarışdırılır. Daha sonra bal və ya şəkər tozu ilə azacıq dad
verilərək içilir.
- İshala qarşı 5 qr. razyana, 5 qr. nar qabığı qaynadılır və
yeməkdən əvvəl bir fincan içilir.
- Mədə və bağırsaq köpü ilə mübarizədə 5 qr. razyana 5 qr. badamla
qarışdırılır, döyülür və su ilə içilir. Mədə və bağırsaq
pozğunluqları üçün 10 qr. zirə, 10 qr. razyana və 10 qr. şüyüd
qarışdırılır və su ilə qaynadılır. Yeməklərdən əvvəl 1 fincan
içilir.
- Ürəkbulanmanı aradan qaldırmaq üçün 1 fincan suya 1 xörək qaşığı
nanə, 1 xörək qaşığı razyana, yarım dənə limon əlavə edilir və
qaynadılır. Yeməkdən əvvəl 1 fincan içilir.
- Öskürəyə qarşı balla dadlandırılaraq gündə 2-4 fincan içmək
məsləhət görülür.
- Stress, yorğunluq və sinir krizləri üçün 250 qr bala 5-10 qr
döyülmüş razyana qatılıraraq qarışdırılır və 2 qaşıq yeyilir.
- Yuxusuzluğa qarşı 1 çay qaşığı razyana toxumu 1 fincan suda
dəmlənilir. Bir qədər bal və ya şəkər tozu ilə dadlandırılaraq
içilir.
Mənbə: Saglamolun.Az