Müalicəvi bitkilər ta qədimdən müxtəlif xəstəliklərin
müalicəsi və profilaktikası zamanı uğurla istifadə
olunurdu.
Onların faydalı təsiri tibb elmində də təsdiq olunub. Bu bitkilər
dərman prepartaların hazırlanması zamanı geniş istifadə olunur.
Ürək üçün faydalı müalicəvi bitkilər:
1. Yemişan
Sakitləşdirir, ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz
olunmasını yaxşılaşdırır, aritmiyanı və taxikardiyanı aradan
qaldırır, arterial təzyiqini aşağı salır.
Ev şəraitində yemişandan təbii dərmanlar hazırlamaq olar:
- - 1/2 kq tam yetişmiş yemişan həvəngdəstədə əzilir, ora
100 ml qaynanmış su əlavə olunur və vam odda 40 C-yə kimi
qızdırılır. Alınmış şirə sıxılır və gündə 3 dəfə 1 xörək qaşığı
olmaqla yeməkdən əvvəl içilir. Bu vasitəni uzun müddət ərzində (bir
neçə ay) istifadə etmək olar. Yaşlı insanlar üçün xüsusilə
xeyirlidir.
- - 3 xörək qaşığı quru yemişan meyvələri 1 l-lik termosa
tökün və qaynar su əlavə edin. 2 saat dəmlədikdən sonra dəmləməni
süzün. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı
için.
2. Nanə
Nanə ürək üçün ən faydalı bitkilərdən biri sayılır. Məhz bu
səbəbdən nanə ən populyar ürək dərmanın "validolun" tərkibinə
daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin
fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir.
- - 2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar
suda dəmlənir və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla
gün ərzində içilir.
3. Peyğəmbərgülü
Bu bitki taxikardiya zamanı yaxşı kömək edir.
- - Quru güllərin 2 çay qaşığını 1 stəkan qaynar suda
dəmləyin, 1 saatdan sonra süzün, gündə 3 dəfə stəkanın 1/4
hissəsini yeməkdən əvvəl için.
4. Pişikotu kökü
Bu ot da ürəyə çox yaxşı təsir edir. Pişikotu kökü tac damarlarını
genişləndirir, sakitləşdirir, ürəyin fəaliyyətini yaxşılaşdırır.
Bir çox ürək preparatların tərkibinə bu ot daxildir.
- - 1 xörək qaşığı pişikotu kökü axşamdan 1 stəkan qaynar
suda dəmləyin və ertəsi gün axşama kimi xırda qurtumlarla
için.
- - Pişikotu kökü - 2 çay qaşığı, nanə - 2 çay qaşığı,
quru yemişan meyvələri - 2 çay qaşığı 1 l-lik termosa tökün, qaynar
su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və
gün ərzində 3-4 dəfə 1 xörək qaşığı için.
5. Boymadərən
Bu ot ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirin, ürək
ritmini tənzimləyir, arterial təzyiqini aşağı salır.
- - Boymadərən - 2 çay qaşığı, pişikotu kökü - 3 çay
qaşığı, mayaotu toxumu - 2 çay qaşığı, badrənc - 3 çay qaşığı.
Otlar qarışdırılır. 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir, 1
saatdan sonra süzülür. Gündə 4 dəfə 1/4 stəkan
içilir.
6. Çaytikanı
Aterosklerozun və trombların əmələ gəlməsinin və inkişafın
qarşısını alır, sakitləşdirir.
- - Çaytikanı dəmləmə (1 xörək qaşığı meyvələr + 1 xörək
qaşığı qaynar su) və mürəbbə şəklində qəbul etmək
olar.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415