Quru üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox
xeyirlidir.
Quru üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox
xeyirlidir.
Ondan istifadə edilməsi bir sıra sağlamlıq problemlərini qaydaya
salır. Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən artıq
olduğunu mütəxəssislər də təsdiq edirlər.
Kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfa damarlarını,
ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmişdən istifadə
etmək qaraciyəri təmizləyir, qan azlığı zamanı kömək edir. Onun
tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr
var. Yuxu pozğunluğunu aradan qaldıran kişmiş sinirləri
gücləndirmək və oynaq ağrılarını azaltmaqda mühüm əhəmiyyət
daşıyır.
Halsızlıq və gücsüzlük zamanı bir ovuc kişmiş yemək enerjini bərpa
edir.
Maqnezium və kalium kimi bir çox əhəmiyyətli minerallarla zəngin
olan kişmiş orqanizmdəki turşunu azaltmaq xüsusiyyətinə
malikdir.
Həmçinin mütəmadi olaraq quru meyvəni yemək saç tökülməsi, dəri
xəstəlikləri və oynaq ağrısı ilə mübarizə aparmaq üçün ən yaxşı
vasitədir. (InterAz)
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.