"Nağıl Saatı"nın qonağı Mədinə Süleymanova oldu
Mədinə
Süleymanova Təkəli kəndində yaşayır.
Onun
11 yaşı var və Təkəli ictimai məktəbin 3-cü sinif şagirdidir.
Mədinə nağılları çox sevir bu səbəblə də o, "Marneuli" radiosunda
"Nağıl Saatı"nın qonağı olaraq dinləyicilərə öz sevimli nağılını
danışdı.
Əziz valideynlər!
Siz də radiomuzun körpələrə ayıracağı "Nağıl Saatı"-na öz
övladlarınızı və yaxınlarınızı yönləndirə, onların danışacağı
nağılları 96.9 fm vasitəsi ilə dinləyə bilərsiniz. 7 yaşından 16
yaşa qədər körpə və yeniyetmələri radioda Azərbaycan, gürcü xalq
nağıllarını, eləcə də dünya nağıllarını səsləndirməyə dəvət edirik.
Maraqlanan şəxslər 557 99 44 15 nömrəsinə zəng vura və "Marneuli"
radiosunun jurnalisti Pərvin Hacıyeva ilə əlaqə saxlaya
bilərlər.