“Nağıl saatı” yenidən “Marneuli” radiosunun dinləyicilərinin
görüşünə gəlir.
Körpələri və yeniyetmələri radionun efirində Azərbaycan, gürcü xalq
nağıllarını, eləcə də dünya nağıllarını səsləndirməyə dəvət
edirik.
Dəyərli valideynlər, siz öz körpələrinizin danışdığı nağılların səs
yazılarını efirdə səsləndirilməsini istəyirsinizsə, o zaman bizə
müraciət edə bilərsiniz.
Nağıllar “Marneuli” radiosunun canlı yayımında səsləndiriləcək,
eyni zamanda
marneulifm.ge saytında
yayımlanacaq.
Əziz valideynlər! Övladlarınızın səs yazılarını qeydə alıb, bizə
göndərə bilərsiniz. Əgər hər hansı çətinliyiniz olarsa, bizimlə
əlaqə saxlaya bilərsiniz. Səs yazısı ilə bərabər nağılı səsləndirən
körpələrin şəklini, ad və soyadını, yaşını, yaşadığı ünvanı və
nağılın adını da qeyd etməyi unutmayın.
Maraqlanan şəxslər
CLOAKING
,
“Facebook” və ya
+995 557 99 44 15
(whatsapp) nömrəsinə ilə əlaqə saxlaya
bilərlər.
“Nağıl saatı”nda yayımlanan məlumatlar: