Uşaqların sevimli rubrikası olan “Nağıl saatı” yenidən efirə qayıdır
“Nağıl saatı” yenidən “Marneuli” radiosunun dinləyicilərinin görüşünə gəlir. Körpələri və yeniyetmələri radionun efirində Azərbaycan, gürcü xalq nağıllarını, eləcə də dünya nağıllarını səsləndirməyə dəvət edirik.

Dəyərli valideynlər, siz öz körpələrinizin danışdığı nağılların səs yazılarını efirdə səsləndirilməsini istəyirsinizsə, o zaman bizə müraciət edə bilərsiniz.

Nağıllar “Marneuli” radiosunun canlı yayımında səsləndiriləcək, eyni zamanda marneulifm.ge saytında yayımlanacaq.

Əziz valideynlər! Övladlarınızın səs yazılarını qeydə alıb, bizə göndərə bilərsiniz. Əgər hər hansı çətinliyiniz olarsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Səs yazısı ilə bərabər nağılı səsləndirən körpələrin şəklini, ad və soyadını, yaşını, yaşadığı ünvanı və nağılın adını da qeyd etməyi unutmayın.

Maraqlanan şəxslər CLOAKING , “Facebook” və ya +995 557 99 44 15 (whatsapp) nömrəsinə ilə əlaqə saxlaya bilərlər.

“Nağıl saatı”nda yayımlanan məlumatlar:

Print