Gürcüstan vətəndaşları üçün Çinə vizasız gediş-gəliş mayın 28-dən başlayacaq
Bu il mayın 28-dən Gürcüstan vətəndaşları üçün Çinə vizasız gediş-gəliş tətbiq olunacaq. Məlumatı Xarici İşlər Nazirliyi yayıb.

KİV-in məlumatına görə, Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili Çin Xalq Respublikasının Gürcüstandakı səfiri Çoi Tsien ilə görüşüb və o, Gürcüstan tərəfinə rəsmi nota təqdim edib. 2024-cü il aprelin 10-da Gürcüstan Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında
adi pasport sahibləri üçün Viza Tələblərindən Qarşılıqlı Azadetmə haqqında Sazişin qüvvəyə minməsi üçün Prosedurlar imzalanmışdır.

Nəticədə, Gürcüstan vətəndaşlarına 28 may 2024-cü il tarixindən etibarən Çin Xalq Respublikasına vizasız getmək və ardıcıl 30 gün ərzində ölkədə qalmağa icazə verilir.

“Gürcüstan və Çin arasında tətbiq edilən vizasız rejim iki ölkə arasında ötən il qurulan strateji tərəfdaşlığın növbəti ifadəsidir və əməkdaşlığın daha bir mühüm real nəticəsidir. Görüşdə tərəflər Gürcüstan və Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin gündəliyinin cari məsələlərini, o cümlədən siyasi, iqtisadi, turizm və mədəni-humanitar istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Ötən il iki ölkə arasında qurulan strateji tərəfdaşlıq nəticəsində yaranmış yeni imkanlardan tam istifadənin vacibliyi vurğulanıb. Qeyd edək ki, vizasız rejimin mövcudluğu iki dost xalqın və xalqın yaxınlaşmasına, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına, insanlar arasında əlaqələrin dərinləşməsinə, turizm, mədəni və ticarət-iqtisadi əlaqələrə böyük töhvə verəcək”,
- Gürcüstan Xarici İşlər Nazirliyi bildirib.

Çin vətəndaşları üçün vizasız rejim Gürcüstan tərəfindən 2023-cü il sentyabrın 11-dən tətbiq edilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google