Tarixdə Bu Gün
Tarixdə Bu Gün 10.04.2019-cu il.

837-ci ilin 10 aprelində Halley quyruqlu ulduzu Dünyanın yaxınından keçdi.

Təbii hüquq nəzəriyyəsinin ilk görkəmli nümayəndəsi, niderland hüquqşunası, siyasi filosofu və dövlət xadimi Hüqo Qrotsi 1449-cu ilin 10 aprelində anadan olub.

Litva rəssam, bəstəkar və yazar Mikalojus Konstantinas Kiurlionis 1911-ci ilin 10 aprelində dünyasını dəyişib.

Titanik ilk səfərini İngiltərənin Sauthempton limanından ABŞ-ın Nyu-York şəhərinə doğru gerçəkləşdirməli idi. Səfərin 1912-ci il 10 aprel tarixində başlanması nəzərdə tululmuş və elə həmin tarixdə də səfər başlamışdır. Həmin gün əvvəlcə gəminin şəxsi heyyəti gəmiyə daxil olmağa başladı. Yerli vaxtla saat 9:30 isə sərnişinlərin gəmiyə daxil olmasına icazə verildi. Gəmi Sauthempton limanından günorta saatlarda yola düşdü. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır.

Stalinen sonra Sovet ədəbiyyatında xüsusi bir səs olaraq diqqət çəkən Tatar və İtalyan mənşəli şair İzabella Ahatovna Ahmadulina 1937-ci ilin bu günü Mosqvada anadan olub.

1972-ci ildə İranda 7 ballıq gücündə zəlzələ baş verdi. Təxminən 5.000-dən çox insan dünyasını dəyişmişdir. Zəlzələdə Firuzabat və Cehrum şəhərlərində binalar yerlə bir olmuşdur.

Fransız oyunçu və rejissor Guillaume Canet 10 aprel 1973-cü ildə anadan olub.

Print Email
FaceBook Twitter Google