12 aprel 1861-ci ildə Amerikada Vətəndaş Müharibəsində Cənubi
Karolinada baş verdi. Savaş sonunda ümumi 620 min adam öldü.
Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin ən parlaq
nümayəndəsi, Cabbar Qaryağdıoğlu onu "Şərq musiqisinin incisi"
adlandırmış Seyid Şuşinski 12 aprel 1889-cu ildə indiki Füzuli
rayonunun Horadiz kəndində anadan olmuşdur.
Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktor, "Nəsimi"
mükafatının ilk laureatı İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə
Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlmişdir.
1955-ci ilin bu günü Dr. JONAS SALK tərəfindən inkişaf etdirilən
uşaq iflici peyvəndinin etibarlı və təsirli olduğu açıqlandı.
1961-ci ilin 12 aprelində Kosmosa ilk insan göndərilmişdir. Vostok
gəmisi ilə kosmosa gedən insan Yuri Qaqarin kosmosda 108 dəqiqə
qalmışdır.
12 aprel 1963-cü ildə Sovet nüvə sualtı qayığı K-33 Danimarka
yaxınlığında Finlandiya bayrağı altında üzən yük gəmisi M/S
Finnclipperlə döyüşdu.
İraq parlamentində partlayış meydana gəlmişdir. Bu partlayışda üçü
millət vəkili səkkiz insan həyatını itirmişdir. Bu hadisə 2007-ci
ilin bu günü baş vermişdir.