Tarixdə Bu Gün
10:50 / 20.04.2019
Tarixdə Bu Gün 20.04.2019-cu
il.
Nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional
Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci
illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer) Adolf
Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın Braunau am
İnn şəhərində anadan olmuşdur. Adolf Hitler tarixdə 100 ən çox
öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Azərbaycannın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR-nin
Xalq Artisti , Azərbaycan SSR Dövlət Mükafatı laureatı Nəsibə
Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub.
Xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycanın xalq artisti,
Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri
Cabbar Qaryağdıoğlu 20 aprel 1944-cü ildə Bakıda dünyasını
dəyişmişdir.
1968-ci ilin 20 aprelində Cənubi Afrika hava yollarına aid
Boeing-707 tipli bir sərnişin təyyarəsi Vindhoek şəhərindən
qalxdığı zaman yerə düşmüşdür və nəticədə 122 nəfər nəfər həyatını
itirmişdir.