Tarixdə Bu Gün
09:53 / 21.04.2019
Tarixdə Bu Gün 21.04.2019-cu il.
Əfsanəyə görə e.ə. 753-cü ilin 21 aprelində Romul və Rem qardaşları
Romanı tərəfindən qurulmuşdur.
Görkəmli Amerika yazıçısı, jurnalisti və ictimai xadimi Mark Tven
21 aprel 1910-cu ildə vəfat edib.
1956-cı ilin bu günü Elvis Preslinin "Heartbreak Hotel" adlı
mahnısı "Billboard" jurnalında 1-ci yerə çıxan ilk əsər
olmuşdur.
21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi
açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən
nadir kitabları, əlyazmalarını oxumaq olar; filmlərə, şəkillərə
baxmaq olar. Veb-saytın ünvanı: wdl.org. Saytdakı mətnlər dünyanın
7 əsas dilindədir − ərəb, çin, ingilis, fransız, portuqal,rus və
ispan dili. UNESCO-nun və dünyanın 32 kitabxanasının birgə
yaratdığı yeni kitabxananın məqsədi qiyməti olmayan nadir
materialları hamı üçün əl çatan etməkdir. Dünya Elektron
Kitabxanası yaratmağı 2005-ci ildə Amerika Konqresi Kitabxanasının
rəhbəri Ceyms Billinqton təklif edib.