Tarixdə Bu Gün
09:39 / 23.04.2019
Tarixdə Bu Gün 23.04.2019-cu il.
XIX əsrin məşhur balerinası, italyan Talioni balet sülaləsinin
üçüncü nəsil nümayəndəsi, baletin romantizim epoxasının əsas
nümayəndələrindən biri Mariya Talioni 23 aprel 1804-cü ildə
Stokholmda anadan olub.
Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın
mədəniyyət naziri Moris Drüon de Reynyak 23 aprel 1918-ci ildə
Parisdə anadan olub.
23 aprel 1935–ci ildə Polşada Konstitusiya qəbul edilmişdir.
QİÇS-ə səbəb olan virus 1984–cü ilin 23 aprelində
müəyyənləşdirilmişdir.