Tarixdə Bu Gün
Tarixdə Bu Gün 4.05.2019-cu il.

1807-ci ilin 4 mayında Fransa ilə Qacarlar arasında “Finkenşteyn” sazişi imzalanmışdır. Bu sazişlə Fransa Rusiyaya qarşı Qacarlara kömək göstərməliydi. Ancaq Napoleon bunu etməyib.

4 may 1814-cü ildə Napoleonun Elba adasında sürgün həyatı başlamışdır.

1960-ci ilin bu günü SSRİ Nazirlər Soveti yeni pulların dövriyyəyə buraxılması barədə fərman verib. Yeni pullar (sovet rublu) 1 yanvar 1961-dən tədavülə buraxılıb.

Avropa Parlamenti Finlandiya, Norveç və Avstriyanın 1 yanvar 1995-dən etibarən Avropa Birliyinə qəbul edilməsinə səs verib. Bu hadisə 1994-cü ilin bu günü baş verib.

4 may 2002-ci ildə Nigeriyada bir sərnişin təyyarəsi havaya qalxandan sonra dərhal qəzaya uğradı. Hadisə nəticəsində 148 nəfər dünyasını dəyişdi.

Print Email
FaceBook Twitter Google