Tarixdə Bu Gün
Tarixdə Bu Gün 7.05.2019-cu il.

1610-cu ilin 7 may tarixində Qalileo Qaliley Yupiterin ilk üç peykini tapdı.

Azərbaycanlı rəssam, Azərbaycanın Xalq Rəssamı (1927), Əmək Qəhrəmanı (1927), Azərbaycan karikatura sənətinin banisi Əzimzadə Əzim Aslan oğlu 7 may 1880-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur.

Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor (1964), SSRİ xalq artisti (1973). O, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1948–1956) və direktoru (1955–1962), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953–1968) və Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1969–1974) vəzifələrində çalışmış Soltan İsmayıl oğlu Hacıbəyov 8 may 1919-cu ildə Şuşa şəhərində anadan olmuşdur.

7 may 1954-cü ildə Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə SSRİ-nin NATO-ya üzv olmasına rəsmən etiraz etdi.

100 ildə bir təkrarlanan nadir astroloji hadisə baş verdi: Merkuri Yerlə Günəşin arasından keçdi. Bu tarixi hadisə 2003-cü ilin bu günü baş verdi.

Print Email
FaceBook Twitter Google