Tarixdə Bu Gün
Tarixdə Bu Gün 8.05.2019-cu il.

1883-ilin 8 mayında Bakı-Tiflis dəmiryolu xətti açımışdır.

8 may 1886-cı ildə Atlantalı kimyaçı və əczaçı olan John S. Pemberton dünyanın ən məşhur içkisi olan Coca-Colanı ABŞ-ın Corcia ştatında icad olunmuşdur.

1902-ci ilin bu günü Martinikdə Pele Yanardağında partlayış baş vermişdir və nəticədə 30 min adam ölmüşdür.
Asiya Futbol Federasiyası 1954-cü ilin bu günü təsis edilmişdir.

8 may 1980-ci ildə su çiçəyi xəstəlinin yer üzündən kökünün kəsildiyini Dünya Sağlamlıq Təşkilatı tərəfindən elan edildi.

1992-ci ilin bu günü Şuşa şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb. Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.

Print Email
FaceBook Twitter Google