Tarixdə Bu Gün
10:11 / 08.05.2019
Tarixdə Bu Gün 8.05.2019-cu il.
1883-ilin 8 mayında Bakı-Tiflis dəmiryolu xətti açımışdır.
8 may 1886-cı ildə Atlantalı kimyaçı və əczaçı olan John S.
Pemberton dünyanın ən məşhur içkisi olan Coca-Colanı ABŞ-ın Corcia
ştatında icad olunmuşdur.
1902-ci ilin bu günü Martinikdə Pele Yanardağında partlayış baş
vermişdir və nəticədə 30 min adam ölmüşdür.
Asiya Futbol Federasiyası 1954-cü ilin bu günü təsis
edilmişdir.
8 may 1980-ci ildə su çiçəyi xəstəlinin yer üzündən kökünün
kəsildiyini Dünya Sağlamlıq Təşkilatı tərəfindən elan edildi.
1992-ci ilin bu günü Şuşa şəhəri erməni silahlı dəstələri
tərəfindən işğal olunub. Şuşanın müdafiəsi uğrunda aparılan
döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir
düşdü və girov götürüldü. Şuşada dövlət tərəfindən qorunan 248
tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi
məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb. Şuşanın
işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki
şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov
götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu
bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən
22 minə yaxın insan qaçqın düşüb.