Tarixdə Bu Gün
11:20 / 09.05.2019
Tarixdə Bu Gün 9.05.2019-cu il.
Geoloq-neftçi, professor, geologiya-mineralogiya elmləri doktoru,
Azərbaycanın əməkdar geoloqu Nüsrət Xəlilov 1925-ci ilin 9 mayında
anadan olmuşdur.
9 may 1936-cı ildə Benito Mussolini İtaliyanı Faşist
İmperatorluğunu elan etdi.
1945-ci ilin 9 mayı Böyük Vətən Müharibəsinin başa çatdığı gün.
1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel
danışıqsız təslim aktını imzalamış, bununla da Böyük Vətən
müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü
postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş
digər dövlətlərdə qeyd olunur.
1960-cı ilin bu günü ABŞ Qida və Dərman İdarəsi (FDA) ilk doğum
idarə dərman preparatını bazara çıxarılmasını təstiqlədi.