Tarixdə Bu Gün
Tarixdə Bu Gün 12.05.2019-cu il.

12 may 1394-cü ildə Məlik Sərvər Caunpur müsəlman krallığının əsasını qoyub.

1920-ci ilin 12 mayında XI qızıl ordu hissələri Şuşaya daxil olub.

12 mayda 1949-cu ildə SSRİ Qərbi Berlinin blokadasını rəsmən dayandırıb.

1961-ci ilin 12 mayında İngiltərədə seçki hüququ üçün yaş senzi 21-dən 19-a endirilib.

Məşhur Azərbaycan xanəndəsi, Azərbaycan SSR Xalq Artisti Sara Qədimova 12 may 2005-ci ildə dünyasını dəyişmişdir. 1978-ci ildən Azərbərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

2008-ci ilin 12 mayında Çinin Sicuan əyalətində baş verən zəlzələdə rəsmi məlumata görə, 70 000 nəfər həlak olub, 400 000-dək insan xəsarət alıb.

Print Email
FaceBook Twitter Google