Tarixdə Bu Gün
09:25 / 16.05.2019
Tarixdə Bu Gün 16.05.2019-cu il.
1703-cü ilin 16 mayında Sankt-Peterburq şəhərinin əsası
qoyulmuşdur.
16 may 1804-cü ildə I Napoleon imperator elan edilmişdir.
1916-cı ilin bu günü Fransa və Böyük Britaniya arasında Yaxın
Şərqdəki türk koloniyalarının bölüşdürülməsi haqqında gizli saziş
imzalayıblar.
Sovet planetlərarası kosmik aparatı "Venera-5" Venera səthinə
uğurlu eniş edib. Bu hadisə 1969-cu ilin 16 mayında baş
vermişdir.
1975-ci ilin bu günü 36 yaşlı yapon Junko Tabei Everest zirvəsini
fəth edən ilk qadın olmuşdur.
16 may 2007-ci ildə Malta və Kipr 2008-ci il yanvarın 1-dən
etibarən avrodan istifadə edilməsi barədə Avropa Birliyi
Komissiyasından razılıq almışdır.