Mask “YouTube”da canlı yayım rekordu qırdı
İlon Maska məxsus "SpaceX" şirkəti dünən yeni sınaq keçirib. Dünyanın ən güclü raketi olaraq bilinən "Starship" raketini kosmosa göndərilməsinə cəhd edib.

Başlatma cəhdi "YouTube"da da canlı olaraq paylaşılıb.

Kosmik raketin ilk buraxılış cəhdini 1 milyondan çox insan canlı izləyib. Lakin uçuşun ləğvi səbəbindən gözlənilən rekord gəlməyib. Dünən gerçəkləşən cəhd isə gözləniləndən daha çox maraqla qarşılanıb.

"Starship"in buraxılış sınağı "YouTube" canlı yayımında 1,7 milyon insan tərəfindən izlənilib. Bu , "Starship" kosmik raketinin "YouTube" canlı yayım rekordunu qırdığını göstərir. Sözügedən buraxılış uğurlu oldu, lakin sınaq tamamlana bilmədi. Raket Texasdakı buraxılış meydançasından havaya qalxdıqdan bir neçə dəqiqə sonra Meksika körfəzi üzərində partlayıb.

Bu sınağın əsas məqsədi "Starship" raketini havaya qaldırmaq olub. Nəticə partlayış olsa da, sınaq uğurlu alınıb. Partlayışla bağlı şirkət "nominal vəziyyətə bənzəyir" açıqlamasını verib.

Milli.Az
Print