Kainatdakı ilk molekül kosmosda müşahidə olundu
14:43 / 22.04.2019
Alimlər kainatda yaranmış ilk molekul növünün
bir nümunəsini kosmosda kəşf etdilər.
ABŞ-ın Havaçılıq və Kosmos Agentliyi NASA-dan yayılan açıqlamaya
görə İnfraqırmızı Astronomiya üçün Stratosfer Rəsədxanası (SOFİA)
kainatdakı ilk molekul kimi tanınan helium və hidrogen atomlarının
birləşməsi nəticəsində təşkil tapan "helium hidrid" adlı bir
molekul nümunəsini təyin edib.
Alimlər hesab edirlər ki, Big Bangdan təxminən 100 min il sonra
yaranan “helium hidrit”in atomların bir-birinə bağlanması ilə
təşkil tapan kimyəvi tərkiblərin ən kiçik əsas strukturu olan
molekullərin ilk nümunəsidir. Tədqiqatın nəticələri "Nature"
jurnalda dərc edilib.
Mənbə: trt.net.tr