İnternetin sürəti və keyfiyyətinə görə ölkələrin növbəti qlobal reytinqi açıqlanıb
“SpeedTest” internetin sürət və keyfiyyətinə
görə, ölkələrin növbəti qlobal reytinqini tərtib
edib.
2019-cu ilin mart ayının nəticəsinə görə, Gürcüstan bu sırada 54-cü
(28.83 Мbit/s) yerdə qərarlaşıb. Ən yüksək keyfiyyətli mobil əhatə
dairəsinə görə, birinci yerdə Norveç (67,596 Мbit/s), Kanada (65.90
Мbit/s), Qatar (60.97 Мbit/s) və Niderland qərarlaşıb.
Qonşu ölkələrə gəldikdə isə Azərbaycan 28,34 Мbit/s göstərici ilə
reytinqdə 55-ci, Türkiyə 35.03 Мbit/s 35-ci Rusiya 19,54 Мbit/s
84-cü və Ermənistan isə 25.39 Мbit/s 58-ci yerdədir.
Geniş zolaqlı internetə çıxış sürətinə görə isə reytinqə Sinqapur
liderlik (199,62 Mbit/s) edir. Beşliyə isə Honkonq, Monako,
Ruminiya, Cənubi Koreya daxil olub.
Bu reytinqdə isə Gürcüstan 21.35 Мbit/s ilə 92-ci yerdə
qərarlaşıb.
Qonşu ölkələrə gəldikdə isə bu göstəricilər arasında Rusiya
liderlik edir. O, 50.43 Мbit/s 47-ci yerdədir. Ermənistan 22.80
Мbit/s 85-ci, Türkiyə 21.27 Мbit/s 93-cü və Azərbaycan isə bu
reytinqdə 13,96 Мbit/s ilə 121-ci olub.