NASA
2024-cü ildə Ay səthinə ilk dəfə qadın astronavtı endirəcək. Bu
barədə Rusbase saytı xəbər verib.
NASA-nın Ay səthinə astronavtların göndərilməsi üzrə yeni missiyası
Artemida adlanır. Beləliklə bu missiya qədim yunan mifologiyasında
Ay ilahəsi və Apollonun bacısı olan Artemida-nın şərəfinə
adlandırılıb. Qeyd etmək lazımdır ki, ABŞ-ın 1960-1970-ci illərdəki
ilk Ay missiyası da məhz Artemida adını daşıyırdı.
ABŞ prezidenti Donald Trump Twitter-də elan edib ki, o, NASA-ya
əlavə olaraq 1.6 milyard dollar vəsait ayıracaq. Daha öncədən Trump
NASA-ya 21 milyard dollar vəsaitin ayrılması üzrə göstəriş
vermişdi. Həmin vəsaiti NASA 2020-ci ildə əldə etməlidir. Əlavə 1.6
milyard dollar vəsaitin ayrılmasını isə ABŞ konqressi
təsdiqləməlidir.
“Mənim administrasiyam dövründə biz, NASA-nın əzəmətini
geri qaytaracağıq, Aya geri dönəcəyik və daha sonra Marsa uçacağıq.
Bizim kosmosa lazımi şəkildə qayıtmağımız üçün mən NASA
agentliyinin büdcəsini əlavə 1.6 milyard dollar ilə
yeniləyirəm” - deyə Donald Trump bildirib.
ABŞ Ay-dan Mars planetinə uçmaq üçün keçid səviyyəsi kimi istifadə
etmək niyyətindədir. Əgər NASA Ay səthinə enişi 2024-cü ilə
planlaşdırırsa, deməli Marsa uçuş 2030-cu illərə təsadüf edəcək.
Qeyd etmək lazımdır ki, 1969-cu ildə ABŞ-ın Apollon-11 adlı kosmik
aparatı məşhur astronavtlar Neil Armstrong və Buzz Aldrin-i Ay-a
göndərmişdi. Onlar Ay səthinə ayaq basmış ilk insanlar olmuşdular.
Daha sonra ABŞ bir neçə Ay missiyası da reallaşdırmışdı. Ən son Ay
missiyası isə 1972-ci ildə baş tutmuşdu.
Mənbə: technote.az