“Huawei” ABŞ-ı məhkəməyə verib
“Huawei” ABŞ-ın “qara siyahısına” düşməsini
məhkəmə yolu ilə ləğv etmək niyyətindədir.
Şirkətdə bu qərarın konstitusiyaya zidd olduğunu bildirirlər.
“Bu qərar “Huawei”-ı birbaşa günahkar təyin edir və
şirkət qarşısında müəyyən qadağalar qoyur. məhkəmə hökmünü
qanunvericilik ilə əvəzlənməsi ABŞ Konstitusiyasına
ziddir”, -deyə, sənəddə bildirilir.
“Huawei” ümid edir ki, məhkəmə şirkət haqqında qərarı qeyri qanuni
hesab edərək onun icraatını dayandıracaq.
Mənbə: oxu.az