Qatlanan smartfonların sayı artacaq – PROQNOZ
2025-ci ildə bu
kimi smartfonların istehsalı 100 milyona
çatacaq.
"2025-ci ildə hətta Apple şirkəti də qatlanan smartfonlar istehsal
edəcək".
Marneulifm ted.az-a istinadən bildirir ki, bu haqda "Strategy
Analytics" şirkətinin mütəxəssisləri məlumat yayıb.
Məlumata görə, ötən il təxminən 1 milyona yaxın qatlanan smartfon
satışa çıxarılıb: "Yaxın illərdə bu kimi smartfonların sayı
artacaq. 5 ildən sonra isə onların sayı 100 milyonu keçəcək".
Mütəxəssislər bildiriblər ki, qatlanan smartfon bazarında Samsung
və Huawei şirkətləri liderlik edəcək: "2025-ci ildə bütün nəhəng
istehsalçılar, o cümlədən Apple şirkəti də qatlanan smartfon
modelini təqdim edəcək".
Mənbə-Milli.az