Vatsapda yeni funksiya yaradılıb.
Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Belə ki, sosial şəbəkə səsli mesajlara qulaq asmağı daha rahat edib
– indi onlara yazışmaların içərisində olmadan da qulaq asmaq
mümkündür.
Yeni söhbət və ya əsas ekranına keçdiyiniz zaman səsli mesaj
proqramın yuxarı hissəsində görünür. İstifadəçilər, həmçinin
oxutmanı dayandırmaq və başlamaq üçün düymələrə çıxış əldə edə
bilərlər.
Arxa fonda dinləmə səsin oxunmasını dayandırmadan başqa söhbətlərə
keçməyə imkan verir. Hələlik yenilik "Android"in beta versiyasında
aktivdir.