İnsanabənzər robotlar test edilib
Britaniyalı alim Alan Türinq 1950-ci ildə kompüter intellektini qiymətləndirməyə imkan verən test təklif edib. Bu metod indiyə qədər süni intellekt üzrə mütəxəssislər arasında populyar olsa da onların bəziləri əmindirlər ki, metod tamamlanmalıdır.

Türinqin testi süni insan üçün deyil, süni beyin üçün nəzərdə tutulmuşdu. Artıq XXI əsrdə insanabənzər robotlar meydana çıxdıqdan sonra robotu insandan ayırmağa imkan
verən yeni metoda ehtiyac yaranıb.

Bu məqsədlə zahiri görünüşü, hərəkətləri, səsi və androidin intellektini eyni anda qiymətləndirən “multimodal Türinq testi” hazırlanıb.

Təklif edilən yanaşma süni intellektin insanabənzər robota nə dərəcədə inteqrasiya olunduğunu, insandan fərqlənməyən robot yaratmağın mümkünlüyünü göstərəcək. Metod hər biri əvvəlkidən daha mürəkkəb olan dörd mərhələdən ibarətdir. İlk mərhələdə android hərəkətsiz vəziyyətdə həqiqi görünməli, ikincisi hərəkət etməli, üçüncüsü nitqi mükəmməl təqlid etməlidir.

Nəhayət, dördüncü mərhələdə robotun süni intellekti qiymətləndirilir. Androidin bu dörd mərhələni keçməsi onun insandan fərqlənmədiyini sübut edəcək.
Print Email
FaceBook Twitter Google