2023-cü ildə “WhatsApp”da olacaq YENİLİKLƏR
Bu il “WhatsApp”a yeni funksiyalar gələcək.

Artıq bu funksiyaların bir neçəsi sınaqdan keçirilir və tezliklə hər kəs üçün əlçatan olacaq. Bəziləri isə il ərzində istifadəçilərə təqdim ediləcək.

Bu funksiyalardan biri Android cihazları arasında məlumatların ötürülməsidir. Tətbiq ” istifadəçilərə söhbət tarixçəsi də daxil olmaqla məlumatları bir "Android" cihazından digərinə ötürməyə imkan verəcək. Bununla yanaşı, "Google Disk" ehtiyat nüsxəsindən də istifadə etmək mümkün olacaq.

Platforma hər hansı istifadəçinin hekayəsində nifrət nitqi, təhqir və digər problemli məzmunları olan şəxsləri şikayət etmə imkanı tanıyacaq.

“WhatsApp” istifadəçilərə “yoxa çıxan mesajlar”ı söhbət pəncərəsində saxlamağa imkan verəcək funksiya üzərində də işləyir.

Bəzən lazımsız hesab etdiyimiz mesajları silirik. Amma daha sonra onu geri qaytarmalı olduğumuzun fərqinə varırıq. Platforma bu problemi də aradan qaldırmağa çalışır. Artıq söhbət tarixçəsindən və ya təsadüfən silinmiş mesajları bərpa etmək imkanı olacaq. Lakin bu yenilik ancaq mesajların “mənim üçün sil” bölməsinə aiddir.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google