Bu il “WhatsApp”a yeni funksiyalar gələcək.
Artıq bu funksiyaların bir neçəsi sınaqdan keçirilir və tezliklə
hər kəs üçün əlçatan olacaq. Bəziləri isə il ərzində istifadəçilərə
təqdim ediləcək.
Bu funksiyalardan biri Android cihazları arasında məlumatların
ötürülməsidir. Tətbiq ” istifadəçilərə söhbət tarixçəsi də daxil
olmaqla məlumatları bir "Android" cihazından digərinə ötürməyə
imkan verəcək. Bununla yanaşı, "Google Disk" ehtiyat nüsxəsindən də
istifadə etmək mümkün olacaq.
Platforma hər hansı istifadəçinin hekayəsində nifrət nitqi, təhqir
və digər problemli məzmunları olan şəxsləri şikayət etmə imkanı
tanıyacaq.
“WhatsApp” istifadəçilərə “yoxa çıxan mesajlar”ı söhbət
pəncərəsində saxlamağa imkan verəcək funksiya üzərində də
işləyir.
Bəzən lazımsız hesab etdiyimiz mesajları silirik. Amma daha sonra
onu geri qaytarmalı olduğumuzun fərqinə varırıq. Platforma bu
problemi də aradan qaldırmağa çalışır. Artıq söhbət tarixçəsindən
və ya təsadüfən silinmiş mesajları bərpa etmək imkanı olacaq. Lakin
bu yenilik ancaq mesajların “mənim üçün sil” bölməsinə aiddir.
Mənbə: lent.az