“Telegram”da yeni funksiyalar yaradıldı
“Android” və “iOS” üçün “Telegram”ın ən son beta versiyasında şəxsi profili, qrupu və ya kanalı fərdiləşdirmək üçün avatar düzəltmək funksiyası əlavə edilib.

Bu barədə “Telegram Beta Info” kanalı məlumat yayıb.

Konstruktor avatar kimi qradient fonunda animasiya edilmiş fərdi emoji və ya stikerlər təyin etməyə imkan verir.

Qeyd olunur ki, fərdi emoji seçimi hətta
“Telegram Premium” abunəsi olmayan istifadəçilər üçün də əlçatan olacaq.

Həmçinin beta versiyalarında emojilərin bir neçə kateqoriyaya bölünməsi aşkar edilib.

Bu tab emojilər, stikerlər, GIF-lər, reaksiyalar və statuslar panelindəki axtarış panelində yerləşir.

Yenilik mənasına görə düzgün ifadələr və stikerlərin axtarışını sadələşdirmək üçün nəzərdə tutulub.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google