İlk qatlana bilən planşet 2024-cü ildə satışa
çıxarılacaq.
Bu barədə nüfuzlu insayder Ming-Chi Ko öz “Twitter” səhifəsində
məlumat verib.
Mütəxəssisin sözlərinə görə, Amerika şirkəti “Apple” qatlanan
“iPad”i 2024-cü ildə təqdim edəcək.
Məlumata görə, planşetlər kütləvi şəkildə istehsal olunacaq. Yeni
cihazın digər “iPad” modelləri ilə müqayisədə daha yüngül və
davamlı olacağı gözlənilir.
Qeyd edək ki, ötən ilin oktyabrında “CCS Insight”ın analitiki Ben
Vud “Apple” qatlana bilən “iPhone”dan əvvəl qatlanan “iPad”i
buraxmaq niyyətində olduğunu demişdi. Şirkət qatlana bilən telefon
istehsal etməyə çox da tələsmir.
Mənbə: lent.az