"Meta" iki kameralı smart saatlarını təqdim etdi
“Meta” şirkətinə məxsus ilk ağıllı saatın şəkilləri təqdim edilib.

Şirkət saat üzərində hələ işləyir. Smart saatı digərlərindən fərqləndirən cəhəti onun iki ədəd kameraya malik olmasıdır. Kameralardan biri aşağı hissədə, digəri isə üzərində çıxıntılı formada yerləşdirilib. Həmin bu kameraları saatın kəmərindən asanlıqla ayıraraq, istənilən formada şəkil çəkmək mümkün olacaq.

Qeyd edək ki, smart saatın adı, satışa çıxacağı vaxt hələlik məlum deyil.




Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google