“Microsoft” şirkəti “Windows 10” istifadəçilərini pul
ödəməyə məcbur edib.
Şirkət “Windows 10”a bağlana bilinməyən reklamlar əlavə edib.
İstifadəçilər reklam bannerlərindən qaçmağın mümkün olmadığını
bildirib. Bannerdəki “Xeyr, təşəkkürlər” düyməsini kliklədikdə isə
bank kartı məlumatlarını
daxil etmək üçün pəncərə açılır.
Mütəxəssislər bu korporasiyanın çox böyük yanlış olduğunu
vurğulayıblar. Məlumata görə, “Microsoft” yaxın vaxtlarda bu səhvi
düzəldəcək.
Mənbə: lent.az